Kipr prezidenti: “Misir təyyarəsinin qaçırılması terror aktı deyil”

Turaninfo.az APA-nın məlumatına istinadən , təyyarəni qaçıran şəxsin ABŞ vətəndaşı olduğu açıqlanıb.
 İ. Samaha İsgəndəriyyə universitetinin veterinariya fakültəsinin professorudur. Onun veterinar-həkim diplomu var.
 O da məlum olub ki, İ. Samahanın 4 uşağı var. Dəqiqləşdirilməmiş məlumatlara görə, onlar İ. Samahanın keçmiş həyat yoldaşı Marina Parasxu ilə Kiprdə yaşayırlar.
 Hadisə ilə bağlı bəyanat verən Kipr prezidenti Nikos Anastasiadis bütün bunların qadına görə baş verdiyini bildirib. O qeyd edib ki, təyyarənin qaçırılması terror aktı deyil.
 Misir Xarici İşlər Nazirliyinin bəyanatında isə bunlar deyilir: “O (İbrahim Samaha-red.) terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, kütbeyin deyillər”.