​Əkin sahəsində villa tikən məmurlara “ölüm” fərmanı - Təfərrüat

 
Prezident İlham Əliyev daha bir mühüm islahat həyata keçirib
 
Politika.Az xəbər verir ki, "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
 
Sərəncam torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir.
 
Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var.
 
Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaq faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub.
 
Bu torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur.
 
Sonuncu dəfə bu il sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib.
 
Politika.Az xəbər verir ki, illərdir əkinə yararlı böyük torpaq sahələrini ələ keçirmiş, onu əkin məqsədilə istifadəsiz saxlamış, bu da azmış kimi, həmin torpaqlardan başqa məqsədlər, məsələn, şəxsi imarətlər, villalar tikmək üçün yararlanmış belə məmurların sərt cəzalandırılması mümkündür.
 
Politika.Az prezidentin çıxışını yada salır: ''Mənə arayış veriblər və orada dövlət məmurlarının adları da var, zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur''
 
Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında zəbt olunmuş torpaq sahələrinə toxunub.
 
Prezident bildirib ki, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir:
 
"Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir.

Загрузка...
Загрузка...