Kimya üzrə Nobel mükafatının sahibləri açıqlandı

Baxış sayı: 
231
0  
0  

2017-ci il üçün kimya üzrə Nobel mükafatına Jak Dyuboş, Yoahim Frank və Riçard Henderson layiq görülüblər.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsindən bildirilib.
Alimlər krioelektron mikroskopiyanın inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıblar.
Qeyd edək ki, “Nobel həftəsi” sentyabrın 2-də başlanıb. Həmin gün ABŞ-dan olan alimlər biologiya və tibb üzrə Nobel mükafatı alıblar. Biologiya və tibb üzrə mükafat sirkad ritmlərini nizama salan molekulyar mexanizmlərin öyrənilməsi üzrə tədqiqatlara görə Ceffri Hol, Maykl Rosbaş və Maykl Yanqa verilib.
Sentyabrın 3-də isə fizika sahəsi üzrə amerikalı tədqiqatçılar - Rayner Vayss, Harri Berriş və Kip Torn Nobel mükafatına layiq görülüb. Alimlər LIGO - lazer-interferometrik dalğavari-qravitasiya rəsədxanasının baniləridir. Onlar sözügedən rəsədxananın köməyi ilə qravitasiya dalğalarını aşkar etməyi bacarıblar.
Ədəbiyyat üzrə Nobel mükafatının növbəti sahibinin adı oktyabrın 5-də elan ediləcək. Oktyabrın 6-da sülh, 9-da isə iqtisadiyyat üzrə mükafatçıların kimliyinə aydınlı gələcək.
Məlumat üçün bildirək ki, laureatların mükafatlandırılması mərasimi ənənəvi olaraq, 10 dekabrda Stokholmda "Nobel" mükafatının banisi - İsveç sahibkarı və ixtiraçı Alfred Nobelin ölüm günündə keçirilir (1833 – 1896).
Hər mükafatın məbləği 9 milyon İsveç kronası (milyon ABŞ dolları) təşkil edir.
Ömər Dağlı

Загрузка...
Загрузка...