Kim Kardaşyan: "Ermənistanda baş verənləri dəstəkləyirəm" - VİDEO

 
Ermənistanın yeni prezidenti Armen Sarkisyan Serj Sarkisyan hökumətinin istefasını qəbul edib.
 
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Serj Sarkisyanın istefasından sonra 11 gündür İrəvan küçələrində etiraz aksiyaları keçirən vətəndaşlar Respublika meydanına toplaşıb.
 
Aksiyalara liderlik etmiş Nikol Paşinyan hadisələri "məxməri inqilab" adlandırılıb.
 
O, Rusiya Xarici İşlər Nazirliyinin hadisələrlə bağlı dəyərləndirməsinə münasibət bildirərək, Mariya Zaxarovanın "Ermənistan, Rusiya səninlədir" ifadəsini başqa ölkələrin rəsmilərindən də gözlədiklərini deyib.
 
Bu arada Ermənistanın baş naziri vəzifələrini icra edən Karen Karapetyanla Rusiyanın baş naziri arasında telefon danışığı olub. Dmitri Medvedev Ermənistanda baş verən hadisələri Moskvanın diqqətlə izlədiyini vurğulayıb.
 
Dünya mediası da Ermənistanda baş verənləri şərh edib.
 
"Associated Press" Serj Sarkisyanın hakimiyyəti qəsb etmək planlarının puç olduğunu yazıb.
 
"Euronews" da onun hakimiyyətdə qalmaq istəyinin baş tutmadığını, müxalifətin qələbəsini xüsusi qeyd edib.
 
"The Wall Street Journal" isə yazır ki, Serj Sarkisyanın istefası ilə nəticələnən proseslər Rusiyanın cənub sərhədlərindəki gərginlik zonasında qeyri-stabillik ehtimalını azalda bilər.
 
ABŞ-da yaşayan məşhur pornoulduz və model Kim Kardaşyan da ölkəsində baş verənlərə biganə qalmayıb. Bu barədə o, sosial şəbəkədə paylaşım edib: "Etirazları dəstəkləyirəm, bu, Ermənistan üçün mühüm hadisə idi".

Загрузка...
Загрузка...