Kim Çendən BMT-yə təhdid

 
Şimali Koreya prezidenti Kim Çen İn BMT-nin bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyi məsələsinə münasibət bildirib.
 
Turaninfo.az xarici mediaya istinadən xəbər verir ki, o, açıqlaması zamanı BMT-ni təhdid etməkdən çəkinməyib: “BMT Şimali Koreyaya qarşı sanksiya qərarı versə, Cənubi Koreyaya müharibə elan edəcəyik və Seulu yox edəcəm. Heç kim və heç nə qalmayacaq. Son vaxtlar keçirdiyimiz təlimlər bu müharibəyə hazırlıq məqsədi güdürdü”.
 
BMT 2006-cı ildən bugünə qədər Şimali Koreyaya qarşı 6 dəfə sanksiyalarla bağlı qərar qəbul edib. Son qərar layihəsi iyulda Pxenyanın həyata keçirdiyi atom bombası sınağından sonra verilib.

Загрузка...
Загрузка...