​Kim Çen Inın sirli xanımının GİZLİ HƏYATI: ilk dəfə oxuyacağınız MƏLUMATLAR - FOTO

Baxış sayı: 
269
0  
0  

Dünyanın ən qapalı və sirli ölkəsi olan Şimali Koreyanın lideri Kim Çen Inın həyat yoldaşı Ri Sol Ju haqda da çox az məlumat var.
 
Publika.az xəbər verir ki, Ri Sol Ju 2012-ci ildən etibarən Kimin arvadı olaraq medianın gündəminə gəlməyə başlayıb.
 
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, 28 yaşlı Ri Sol Junun üç övladı var.
 
Gənc xanım nadir hallarda hansısa mərasimdə iştirak edib. Kim və Rinin dəqiq nə vaxt evləndikləri bilinmir. Bəzi qaynaqlara görə, onların nikahı 2009-cu ildə reallaşıb. Digər qaynaqlarda isə cütlüyün 2010-cu ildə bir klassik musiqi konsertində tanış olduğunu deyilir.
 
Ri Sol Junun Kimlə evlənməmişdən öncəki həyatı isə tamamilə qapalıdır.
 
Cənubi Koreya qaynaqlarına görə, Ri Çində musiqi təhsili alıb. Daha sonra 2005-ci ildə Şimali Koreyaya səfər edib.
 
Şimali Koreyanın birinci xanımı haqda digər məlumata görə, onun bahalı moda zövqü var. Mediada yayılan fotolarda da görünür ki, Şimali Koreya xalqı qıtlıq çəkdiyi halda, Kimin həyat yoldaşı lüks paltarlar geyinir.
 
Son məlumatlara görə, Ri üçüncü övladını bu ilin fevral ayında dünyaya gətirdiyi üçün heç bir yerə çıxmır.
 
Cənubi Koreya mediası Rinin əvvəlki iki övladının qız olduğunu iddia edir. Kim Çen In isə oğlunun olmasını istəyir.

Загрузка...
Загрузка...