Kılıçdaroğlunun kartejinə atəş açılıb-yaralılar var - YENİLƏNİB

 
CHP lideri Kamal Kılıçdaroğlunun kartejinə atəş açılıb.
 
CHP-li millət vəkili Uğur Bayraktutan partiya sədri Kamal Kılıçdaroğlunun kartejinə atəş açılmasına dair məlumat verib.
 
Millət vəkilinin sözlərinə görə, K.kılıçdaroğlunun təhlükəsizliyi təmin edilib: “Kamal Kılıçdaroğlunun kartejinin önündə ardıcıl olaraq silah səsləri eşitdik. Ön tərəfdə yaralıların olduğu bildirilir. Kılıçdaroğlunun səhhəti yaxşıdır”.
 
 
****
 
CHP lideri Kamal Kılıçdaroğlunun kartejinə atəş açılıb.
 
Musavat.com xəbər verir ki, məlumatı “DHA” agentliyi yayıb.
 
Agentliyin məlumatına görə, hadisə K.kılıçdaroğlunun Artvin vilayətinin Savşat rayonuna getdiyi zaman Yanıklı kəndinin yaxınlarında baş verib. Xəbər verilir ki, açılan atəşə cangüdənlərin qarşılıq verməsi nəticəsində qarşıdurma yaşanıb.