Kılıçdaroğludan Ərdoğana böyük jest

 
Türkiyənin ana müxalif Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana qarşı bütün məhkəmə iddialarını geri götürüb.
 
Axar.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
 
Qeyd edək ki, Ərdoğan da bir neçə gün əvvəl çıxışlarından birində onu təhqir edənləri bağışladığını demişdi və bu gün iddialarını geri götürmək üçün məhkəməyə müraciət edildiyi barədə rəsmi açıqlama verilmişdi.