​Kılıçdaroğlu: 'Ərdoğanla aramızda şəxsi problem yoxdur'

 
Parlamentin yeni sessiyasında cənab Ərdoğanı hörmətlə qarşılayacağıq.
 
Axar.az xəbər verir ki, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib.
 
“Vəzifə borcu ayrı məsələdir. Biz buna hörmət edirik. Lozanna ilə bağlı mübahisələrimizə heç nə təsir etməyəcək”, - partiya sədri bildirib.
 
Bundan əlavə, Kılıçdaroğlu Ərdoğanla hər hansı şəxsi probleminin olmadığını da bildirib.
 
Qeyd edək ki, Ərdoğanın tarixi Lozanna müqaviləsi ilə bağlı açıqlaması CHP rəhbərliyi tərəfindən kəskin narazılıqla qarşılanmışdı.