Kiçik İbo İbrahim Tatlısəsi ittiham etdi

Bir vaxtlar Türkiyədə böyük maraq doğuran müğənni Kiçik İbo məşhur sənətçi İbrahim Tatlısəsi ittiham edib.
 Axar.az xəbər verir ki, Kiçik İbo bir çox sənətçilərin onun önünü kəsdiyini bildirib. O, özünün gələcəkdə böyük şöhrət qazanacığından qorxduqlarına görə digər sənətçilərin ona mane olduqlarını qeyd edib:
 “Onlar qorxdular ki, mən böyük şöhrət qazanaram. Ona görə də mənim önümü kəsdilər. İbrahim Tatlısəs guya məni dəstəkləyirdi, əslində isə dəstək olmadı. O, öz qardaşına dəstək olmadı, mənə necə olsun? Tatlısəs sənətdə məni öz varisi elan etmişdi. Onun verilişində 6 ay mahnı oxudum, amma mənə pul vermədi”.