Kerrinin Moskvaya gətirdiyi gitaranın sirri açıldı

Сon Kerri gitarada ifa edərkən
ABŞ dövlət katibi Con Kerrinin özü ilə birgə Rusiyaya gətirdiyi gitaranın sirri açılıb. ANS PRESS-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, sirri  Rusiya Xarici İşlər Nazirliyinin  sözçüsü Mariya Zaxarova açıb.
"Con Kerrinin Moskvaya özü ilə gətirdiyi gitara Rusiya xarici işlər naziri Sergey Lavrovun ad gününə hədiyyə deyil,  onun şəxsi musiqi alətidir", - deyə Zaxarova məlumat verib.
Bir müddət əvvəl isə bəzi KİV-də məlumat yayılmışdı ki, Kerrinin özü ilə gətirdiyi gitara Sergey Lavrovun ad gününə hədiyyədir.
"Bununla da ABŞ dövlət katibinin Moskaya enişindən sonra Amerika nümayəndə heyətinin əlində olan gitaranın sirrini açıram. Bizə suallar verməyə başladılar. Bu, Sergey Lavrovun ad gününə hədiyyədirmi? Xeyr. Bu, Con Kerrinin özü ilə bütün dünyanı gəzdirdiyi şəxsi gitarasıdır", - Zaxarova öz Facebook səhifəsində yazıb.
Bu gün 2 dövlət rəsmisinin görüşünün əvvəlində Con Kerri Lavrovun ad gününü zarafatla  təbrik edib. Kerri Lavrova daha müdrik olmağı arzu edib. Martın 21-də doğum gününü qeyd edən  Sergey Lavrovun 66 yaşı olub. Kerrinin isə ötən ilin sonunda 72 yaşı olub.