Kerri və Lavrov Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər

ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
Müzakirələr telefon söhbəti zamanı baş tutub.