​Kerri sovet əsgəri ilə görüşündən danışdı

 
ABŞ dövlət katibi Con Kerri Barak Obama administrasiyasının digər üzvləri kimi 2017-ci ilin yanvarında öz postunu tərk edəcək. Hazırda o, işlərini yekunlaşdırmaq və mükafatlar almaqla məşğuldur.
 
Turaninfo.az-ın  xarici KİV-ə istinadən xəbərinə görə, Berlində təntənəli şəkildə Kerriyə "Almaniya Federativ Respublikası (ADR) qarşısında xidmətlərinə görə" ordeni təqdim olunub. Mərasimdə amerikalı politoloq sovet əsgəri və sosializmlə ilk tanışlığı haqqında xatirələrini bölüşüb.
 
"Bütün gecəni yatmadım"
 
Kerrinin sözlərinə görə, 12 yaşı olanda Almaniya Demokratik Respublikasının sərhədlərini keçmək üçün onu hərbi eşalonun tərkibində Frankfurtdan Qərbi Berlinə göndəriblər: "Bizə jalüzləri qaldırmağa imkan vermidilər, ancaq mən bunu edirdim. Mənim bir neçə şüşə suyum və jurnallarım var idi. Mən onları Frankfurtdan almışdım. Mən bütün  gecəni yatmadım, çünki mənə maraqlı idi. Biz stansiyada dayananda sovet əsgərləri nəzarət edirdi ki, qatardan heç kim düşüb qaçmasın. Əsgərlərdən biri mənə yaxınlaşdı və jalüzü aşağı salmağımı tələb etdi".
 
"Mən bu qəddar qaranlığı hiss edirdim"
 
Diplomat bildirib ki, o, Qərbi Berlində olarkən şəxsi velosipedi ilə icazəsiz gəzintilərə çıxırmış: "Mən qorxmurdum. Bu qəddar qaranlığı hiss edirdim. Burada çox az maşın və insan vardı. Gəzintidən sonra tez bir zamanda atamın yanına qayıdırdım. Atam qorxurdu ki, mənim bu addımnlarım beynəlxalq münaqişəyə səbəb ola bilər".
 
Con Forbs Kerri 1943-cü ilin dekabrın 11-də Kolorado ştatında doğulub. Onun atası uğurlu və bacarıqlı diplomat olub. Kerri varlı ailədən olduğu üçün məktəb tətillərini Fransada keçirirdi. ADR-də sosializmlə tanışlıqdan sonra Kerri Vyetnam müharibəsində iştirak edib. O, burada kater rəhbəri vəzifəsində çalışıb. Müharibə zamanı 3 dəfə ağır yaralanıb. ABŞ-a qayıtdıqdan sonra isə o, müharibə əleyhinə hərəkatın fəallarından biri olub.

Загрузка...
Загрузка...