Kerri şad xəbəri verdi: Saziş imzalanacaq

ABŞ və Rusiyadan olan hərbçilər Suriyada barışığın əldə edilməsini müzakirə edirlər.  
Turaninfo.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Con Kerri məlumat verib. "Bizim komandalarımız Suriyada sülhün əldə edilməsi üzərində işləyirlər. Hazırda detallar üzərində müzakirələr aparılır ki, atəşkəsi bərpa edək", - Kerri qeyd edib.  
Kerri yaxın günlərdə yeni atəşkəs sazişinin imzalanacağını bəyan edib.   Dövlət katibi tərəfləri təmkinli olmağa çağırıb