Kerri Rusiya üzərindən sanksiyaların götürülməsi şərtlərini açıqlayıb

Kremldə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü keçirilib.
Turaninfo.az "Report"-a istinadən  xəbər verir ki, danışıqlardan sonra Lavrov və Kerri sualları cavablandırmaq üçün jurnalistlərin qarşısına çıxıb.
"Komsomolskaya pravda"nın xüsusi müxbiri Dmitri Smirnovun öz "twitter" mikrobloqunda yazdığına görə, Kerri Rusiya üzərindən sanksiyaların götürülməsi şərtləri barədə danışıb.
"Mən təsdiq edirəm ki, Minsk-2 maddəsinin bütün bəndləri yerinə yetirilərsə, Obama bütün sanksiyaları geri götürməyə hazırdır", - deyə ABŞ-ın dövlət katibi bildirib.
O, həmçinin qeyd edib ki, "son illər Amerikanın Rusiya ilə çox fikir ayrılığı olub, lakin indi biz görürük ki, bir yerdə işləyə bilərik".