​Kerri Ərdoğanın ayağına getdi – Foto

 
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edib.
 
Axar.az xəbər verir ki, sessiyanın gedişində ABŞ Dövlət katibi Con Kerri Ərdoğanın oturduğu masaya yaxınlaşaraq xeyli söhbət edib.
 
Görüşdə Kerrinin Suriyada atəşkəsin pozulması ilə bağlı prezidentə məlumat verdiyi təxmin edilir.
 
Kerridən başqa bir çox ölkənin diplomatı Ərdoğana yaxınlaşaraq onunla görüşüb.