Kerri Qarabağ probleminin müzakirəsi üçün Moskvaya gedir

Ölkə.Az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, Amerikanın dövlət katibi Con Kerri bu həftə Moskvaya rəsmi səfərə gələcək.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kibri məlumat verib.
"İyulun 14-də Kerri Moskvaya yola düşəcək. Səfər çərçivəsində onun Rusiyanın yüksək vəzifəli məmurları ilə görüşü gözlənilir. Görüşlərdə Ukrayna, Suriya və Dağlıq Qarabağ, həmçinin digər regional problemlər müzakirə ediləcək",- deyə o, brifinqdə bildirib.
Con Kerri Moskvaya sonuncu dəfə 2016-cı ilin mart ayında səfər edib.