Kemerondan Türkiyəyə: “Ancaq 3000-ci ildə...”

Rəsmi London heç vaxt türklərə vizasız rejimin tətbiqinə icazə verməyəcək.
 Axar.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Devid Kemeron deyib.
 O, yaxın illərdə belə Türkiyənin Avropa Birliyinə (AB) üzv olmayacağını bildirib:
 “Yaxın vaxtlarda Türkiyənin AB-yə üzv olması ilə bağlı heç bir plan yoxdur. Onlar 1987-ci ildən müraciət edib. Son proqnozlara görə, əgər onlar bu tempi qorusalar, AB-yə üzv ola bilərlər, lakin bu, 3000-ci ildən öncə mümkün olmayacaq”.
 O, Türkiyə ilə AB arasında vizasız rejim müzakirə olunacağı təqdirdə buna qarşı çıxacaqlarını əlavə edib.