“Kedicik”dən Adnan Oktar haqda şok açıqlamalar – Ortaya maraqlı faktlar çıxdı – FOTOLAR

Baxış sayı: 
137

Türkiyənin A9 telekanalının sahibi olan və “Harun Yəhya” kimi tanınan Adnan Oktarın ən məşhur “kedicik”lərindən olan Ceylan Özgül dini icmadan ayrıldıqdan sonra sərt açıqlamalar verib.
Minval.İnfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ceylan “instaqram” hesabında qalmaqal yaradan açıqlamalar verib. Artıq susa bilmədiyini yazan keçmiş “kedicik” uzun müddət məhbus kimi həyat yaşadığını deyib:
“20 il ərzində bir dəfə də məhəlləyə düşməyən, aptekdən dərmanını özü almayan, həkimə belə tək gedə bilməyən insan azad ola bilər? Vəziyyət o həddə çatıb ki, mən illər əvvəl dəyişən türk lirəsini hələ indi tanıdım. Saçımızın rəngindən çəkimizə qədər, hətta nə yeməli olduğumuza da onlar qərar verirlər. Oradan güclə qaçmışam. Hazırda atamın yanındayam”.
 
Özgül şantaj edildiyi də dolayısı yolla vurğulayıb: “Diqqət edin! Sizi gizli kameralarla çəkəcəklər. Sonra onları montajlayıb, sizi şantaj edəcəklər. Əgər istədiklərini etməsəniz görüntüləri yaymaqla təthtiq edəcəklər. Qorxmayın, şeytanın hiləsi zəifdir”.

 
Maraqlıdır ki, illər öncə, daha dəqiq desək 2007-ci ildə Ceylan Özgül atasını məhkəməyə verib. O, iddia edib ki, atası mafiaya bağlı, qaçaqmalçılıqla məşğul olan biridir. Bu açıqlamanın səbəbi isə Ceylan Özgülün atası tərəfindən silahla qaçırılması və ardından cinayət işinin açılmasıdır. Həmin vaxtlarda C.Özgül Adnan Oktarın tərəfdarlarından biri olub. Və ona bu dönəmdə ən böyük dəstəyin onlar tərəfdən gəldiyini deyib.
 
 
Dini icmadan Ceylan Özgürün ittihamlarına münasibət bildirilib.  Deyilib ki, o, “Oktarçılar”ın arasına göndərilən agent olub və pulsuz qaldığı üçün belə böhtanlara əl atıb.
 
İcma üzvü olan Tülay Kumaşçı isə Özgülün dediklərini yalanlayıb. O, deyib ki, Özgül 15 ildir onlarla birgə olub: “Bu illər ərzində heç bir problem olmayıb. 15 ildən sonra aramızdan ayrılmaq qərarına gəldi və atasının yanına getdi. Dediyi kimi buradan gizli yolla qaçmaq söhbətləri yalandır. Özündən uydurub. Özgül atasının yanına 1 il öncə gedib. Niyə 1 il keçəndən sonra belə uydurma məsələləri danışmağa başlayıb, bilmirik”.
T.Kumaşçı Özgülü ingilis agentləri ilə əlbir olmaqda ittiham edib: “Onun getməsini biz də istəyirdik. Çünki ingilis agentləri ilə münasibəti olması barəsində şübhə edirdik. Şübhələrimiz doğru çıxdı. Ondan soruşun ki, ingilis kəşfiyyatının ən yüksək rütbəli şəxslərini və Ed Hüseyni haradan tanıyır? Onları Türkiyəyə niyə gətirdib?”
Sani

Загрузка...
Загрузка...