​“Keçmişimizdə boşanma, az qala bir kəndin, şəhərin faciəsi kimi dərk olunurdu, bu gün isə...”

Baxış sayı: 
135

Eldəniz Quliyev: “Dünən ailə adlı dövlət möhkəm idisə, deməli, bu gün nəyisə salıb itirmişik...”
 
 
Dövlət Statistika Komitəsi boşanmalarla bağlı maraqlı statistika ortaya qoyub. Məlum statistika ötən dövrlərlə müqayisədə boşanmaların sayının kəskin artdığını göstərir. Hansı ki, əlaqədar qurumlar boşanmaların əsas səbəbi kimi xəyanət amilinin ilk sırada qərarlaşdığını iddiasındadır.
İslam dəyərlərinin cəmiyyətimizdə dərindən yer alması cəmiyyətdəki bu və digər mənəvi aşınma hallarının qarşısını ala bilərmi? Bu problemin səbəblərindən biri kimi cəmiyyətin dini dəyərlərinə lazımınca sahib çıxa bilməməsi hesab oluna bilərmi?
Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev dini-əxlaqi dəyərlərə sahib çıxmağın mənəvi aşınma problemini önləmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Əvvəla onu deyim ki, boşanmaların sayı Dövlət Statistika Komitəsinin göstərdiyi rəqəmlərdən daha çoxdur. Bəli, boşanmalar kəskin şəkildə artıb və bunun da ən əsas səbəblərindən biri, bəlkə də birincisi insanların maddi durumu - sosial-iqtisadi vəziyyətdir. Ağır dolanışıq ailə birliyini paçalayan ağır bir bəladı...
Əlbəttə, xəyanət faktoru da bu məsələdə rol oynayır, amma bu amil də çox vaxt, bilavasitə ailələrin maddi yaşamının çətinliklərindən yaranır. Bəli, islam dəyərlərinin cəmiyyətdə müvaviq və düzgün dəyərləndirilməsinin, yeni qurulan ailələrin sağlam və möhkəm olmasında əhəmiyyətli çəkisi ola bilər. Eləcə də, əminəm ki, mənəvi, dini və əxlaqi mental keyfiyyətlərə dodaq büzmək əvəzinə, önəm verilərsə boşanmaların da sayı qat-qat azalar.
Yaxın-uzaq keçmişimizdə boşanma,yaxud ailənin dağılması,az qala bir kəndin, şəhərin faciəsi kimi dərk olunurdu... Deməyim budur ki, cəmiyyət ictimai bir toplum, ictimai formasiya olaraq o vaxt diri, mütərəqqi, proqressiv və sağlam olur ki, dünəninə dəyər verir. Dünənini qiymətləndirməyən cəmiyyətin sabahını quranda böyük yanlışlıqlara yol verməsi, təəssüflər ki, təbiidir. DÜNƏN anlayışı nə qədər paradoksal səslənsə də, amorf anlayış kimi qəbul olunmamalıdır... Dünən AİLƏ adlı DÖVLƏT möhkəm idisə, deməli, biz BU GÜN nəyisə salıb itirmişik...”
 
Seymur Əliyev

Загрузка...
Загрузка...