Keçmiş nazirin nəvəsi uşaqlıq xatirələrinə görə atasını öldürmək istədi – Fotolar

 
 
Atasını öldürmək istəyən keçmiş nazirin nəvəsi polis idarəsində 72 saat dindirildikdən sonra günahını
etiraf edib.
Musavat.com-un məlumatına görə, Alican Kurdaş atasını uşaqlıqdaki pis xatirələri ilə bağlı öldürmək istədiyini deyib. 72 saat sonra atasını öldürmək istədiyini etiraf edən Alican Kurdaş elə atasının müalicə olunduğu xəstəxanada tutulub
Qeyd edək ki, Alican Kurtaş bir neçə gün əvvəl atası Osman Özdemir Kurdaşın da hissədarı olduğu şirkətə bomba göndərib. Bombanın partmalası nəticəsində Osman Özdemir Kurdaş ağır, 3 nəfər isə yüngül yaralanıb. Daha sonra şübhəli qismində saxlanılan Alican Kurdaş əvvəlcə iddiaları qəbul etməyib və dəlil tələb edib.
Daha sonda uşaqlıqda yaşadığı pis xatirələrə görə atasını öldürmək istədiyini deyən Alican Kurtaşın 7 yaşı olarkən atası ilə anası boşanıb. Bir neçə il əvvəl yenidən evlənən cütlük qısa müddətdən sonra yenidən ayrılıb. Alicanın qardaşı Ege isə atasının soyadından imtina edərək anasının soyadını götürüb.
 
Qeyd edək ki, Osman Özdemir Kurdaş keçmiş maliyə naziri Mustafa Kemal Kurtaşın oğludur.