Keçmiş MTN və Rabitə Nazirliyindəki cinayətkar dəstələr, Cahangir Hacıyev ona görə "vurulub" ki...

Belə bir fikir çox geniş yayılıb ki, keçmiş MTN və Rabitə Nazirliyindəki cinayətkar dəstələr, Cahangir Hacıyev ona görə "vurulub" ki, onların əmlakı hesabına birtəhər büdcəni doldursunlar, maaşları versinlər. Hətta demokratik düşərgədə də xeyli insan buna inanıb. Amma bu deyilənlərin heç bir əsası yoxdur. Düzdür ki, böhranla əlaqədar olaraq mülkiyyətin yenidən bölgüsü baş verir. Ancaq bu yenidən bölgünün büdcəyə, xalqa, maaşlara heç bir aidiyyatı yoxdur. O əl qoyulan milyardlar büdcəyə keçirilmir, sadəcə hesab dəyişir. Xalqdan oğurlanan pullar dünən bir oliqarxın idi, bu gün başqasının olur. Bu prosesin xalqa heç bir dəxli yoxdur. Oğurlanmış, talan edilmiş milli sərvətləri yalnız xalqın özünün qurduğu, onun qarşısında məsuliyyət daşıyan hakimiyyət xalqa qaytara bilər!