​Keçmiş maliyyə naziri Rusiya hakimiyyətini dəyişiklik etməyə çağırıb

"Zamana və dəyişən dünyaya uyğun olaraq, dəyişiklik etməyin vaxtı çatıb".
Turaninfo.az  Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş maliyyə naziri, Strateji Hazırlıq Mərkəzi Şurası Fondunun başçısı Aleksey Kudrin deyib.
Keçmiş nazir ölkə cəmiyyətinin və siyasi reytinqlərin risk altına düşəcəyi halda belə hakimiyyəti islahat keçirməyə çağırıb: "Nəsə etdikdən sonra arxayınlaşmaq olmaz. Biz həmişə dəyişməli və yenilənməliyik. İndi bizim cəmiyyətdə dəyişikliklərdən müəyyən qorxu var. Bir çox arzu edilməyən hallardan yayınmaq üçün indiki kimi bir müddət mövcud olmaq mümkündür. İnkişaf və islahatlar naminə siyasi reytinqi itirməkdən qorxmağa dəyməz".
Qeyd edək ki, A.Kudrin bir müddət əvvəl Rusiyanın dövlət idarəetmə sistemini tənqid etmişdi.