Keçmiş kəşfiyyat şefi: “Putin əlindəki nüvə düyməsini...”

Baxış sayı: 
185

“Bizdə olan dörd kozır iqtisadiyyat, ordu, keyfiyyətli diplomatiya və informasiyadır. Sadəcə, təbiətdə başqa kozırlar mövcud deyil. Biz düşünürük ki, diplomatiyanın hesabına nüvə potensialı olan və Avropanın ən güclü ordusuna sahib ölkə ilə müharibəni uda biləcəyik. Mən isə tez-tez deməli oluram: “Xəritəyə və Rusiyanın ölçüsünə baxın...”.
Publika.az xəbər verir ki, bunu “112 Ukrayna” telekanalında Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş sədri, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq başçısı İqor Smeşko deyib.
Onun sözlərinə görə, xarici siyasət güclərinin indiki konfiqurasiyası vəziyyətində Rusiya prezidenti Putin Ukraynanın şərqində hərbi münaqişənin eskalasiyasına gedəcəyini düşünmür.
“Bunun üçün Ukraynanın daxilində çox ağır səbəblər olmamalıdır. Əsas düşmən içəridədir. Biz ərazimizin müdafiəsini təmin etmək məqsədilə qüdrətli ordu yaratmaq üçün heç nə etmirik”, - o əlavə edib.
Qərbin Rusiyaya qarşı sanksiyalarına toxunan Smeşko bildirib ki, münasibətlər müəyyən səviyyəyə kimi gərginləşdirilə bilər. Təhlükəsizlik Xidmətinin keçmiş sədri Vladimir Putinin nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladıb.
“Putinin əlinin altında nüvə düyməsi var. Qərbdə real siyasətçilərdən heç kəs vəziyyəti müharibə həddinə gətirib çatdırmayacaq. Mən nüvə dövlətinin rəhbərinə qarşı şəxsi sanksiyalara inanmıram. Biz fevralda ABŞ-ın Putinin yaxın ətrafı və faktiki olaraq Rusiyanın bütün oliqarxlarına qarşı maliyyə dosyesini görəcəyik. Amerika qanunvericiliyinə görə, əgər dünyada sazişlər yerindən asılı olmayaraq dollarla bağlanırsa, onlar bu pulu izləmək hüququna malikdirlər. Bu, ciddi zərbə olacaq, amma onun davranışına təsir etmək üçün birinci adama çıxmaq vacib deyil”, - o bildirib.
Ömər Dağlı

Загрузка...
Загрузка...