Keçmiş diplomatdan Rəsul Quliyevə ağır ittihamlar: “Bu vətən xaini...”

Baxış sayı: 
184
0  
0  

Rəsul Quliyevin Ərdoğan barədə fikirləri Turqut Ərin sərt reaksiyasına səbəb olub
Hurriyyet.org bildirir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat müşaviri Turqut Ər eks-spiker Rəsul Quliyevi sərt şəkildə tənqid edib. Turqut Ər facebook hesabından yazdığı statusda Rəsul Quliyevin mətbuata verdiyi müsahibəsində Türkiyə prezidentini tənqid etməsinə fikir bildirib.
Kifayət qədər sərt ifadələrdən istifadə etdiyi yazısında T.Ər Rəsul Quliyevi korrupsioner, bank fırıldaqları vasitəsilə böyük pullar qazanmış, eləcə də “OMON” hadisələrində və Qarabağ ətrafında 7 rayonun işğalında bilavasitə iştirakçı olmaqda ittiham edir.
“Dəyərli oxucular, bu gün Azərbaycan internet səhifələrindən birində bir müsahibə dərc olunub. Müsahibədə danışan bir amerikan manqurtu Rəsul Quliyevdir. Keçmişdə rusun, indi isə Amerikanın manqurtu olan bu xəstə təxəyyüllü 20 ildir Azərbaycandan oğurladığı milyard dollarla kef edir. Bu, Qafqazın ən böyük korrupsioneri, ölkəsinə, millətinə xəyanət edən bir xaindir. Birincisi, hələ 1990-cı illərdə Azərbaycan neftinin başında dayanmış, azərbaycanlı fəhlələrin qan-tərlə istehsal etdiyi neft pullarını mənimsəyib. Daha sonra müstəqillik zamanı banklar quraraq əhalidən topladığı dollarları mənimsəyərək qurduğu müxtəlif şirkətlər vasitəsilə xaricə daşımışdır”.
Bundan başqa, T.Ər R.Quliyevi 1994 - 1995-ci illərdə OMON hadisələrinin təşkilində iştirak etməkdə, həmçinin “1994-cü ildə Bişkekdə Ermənistan və Qarabağın qondarma nümayəndələri ilə eyni masada əyləşərək atəşkəsə qol çəkməkdə” günahlandırıb.
Daha sonra R.Quliyevin Türkiyə prezidenti barədə dediklərini böhtan adlandıran Turqut Ər bu ittihamlara cavab verəcəyini bildirib: “Bu köhnənin böyük korrupsioner və cinayətkarı, indinin Amerika manqurtu nədənsə Türkiyə Respublikasına və onun demokratik yolla seçilmiş prezidentinə böhtanlar atır, şərləyir və həddi olmayan tənqidlər səsləndirir. Bu amerikan manqurtunun kimləri düşündüyü və qayəsi məlumdur”.
Qeyd edək ki, Turqut Ərin qəzəbli reaksiyasına səbəb olan yazı bir neçə gün əvvəl ovqat.com saytında dərc olunub. Müsahibənin yayınlanmış birinci bölümündə eks-spiker Rəsul Quliyev Ərdoğanın Qüds məsələsindəki mövqeyini tənqid edib, bunun Türkiyə üçün faydasız olduğunu, daha çox Ərdoğanın özünün ambisiyalarına xidmət etdiyini qeyd edib.
Sitat: “Fələstini müdafiə edən Türkiyə yox, prezident Ərdoğandır. Ərdoğanın özünü qeyri-adekvat aparmasının izahı isə çox çətindir. 80 milyonluq Türkiyə xalqı ildə 700 milyard dollarlıq məhsul istehsal etmək gücünə malikdir. Müqayisə üçün 80 milyonluq almanlar ildə 4 trilyonluq məhsul istehsal edir. Bu insan nəyə güvənib dünyaya meydan oxuyur? Bu ucuz qəhrəmanlıqdansa, öz ölkəsinin demokratik imicinin qayğısına qalsın. Dünyada 273 jurnalist həbs olunub, onun 70-i tək Türkiyənin payına düşür. Almaniyanın prezidenti ev almaq üçün (cəmi 400 min dollar) bankın verdiyi cüzi diskauntlu (güzəştli-red.) kreditə görə istefaya göndərilir. Bu insanın sübuta yetirilmiş milyardlarla rüşvət alması isə onu narahat etmir, meydan oxumağı sürdürür. Ərəb dünyasının nifrət etdiyi Ərdoğanın Qüds problemindən özünün təbliğatı üçün istifadə etməsinin iki səbəbi ola bilər: Birincisi, ağır narçisizm xəstəliyinə düçar olub. İkincisi, Türkiyəni saldığı ağır vəziyyətdən diqqəti yayındırmaq üçün növbəti yalançı versiya irəli atıb. Ancaq bu, müvəqqəti işləyən siyasət rolu oynaya bilər. Fələstinlilər Türkiyəni öz problemlərinin həllinə heç vaxt yaxın qoymazlar”. /musavat.com/

Загрузка...
Загрузка...