Keçmiş baş prokurordan PKK ilə bağlı ŞOK açıqlama! Ya istiqlal, ya ölüm!

Keçmiş baş prokuror İxtiyar Şirin bu günlərdə PKK-nın Azərbaycanda Novruz şənliyinin keçrilməsinə etiraz edərək öz facebook profilində yazır: "Baxın görün PKK-nın Bakıda novruz şənliyi keçirmək haqqı varmı? PKK-ya bu şəraiti yaradan Azərbaycan dövlətinin məmurları vətən xainləri deyillərmi? Azərbaycan xalqı bu xainləri müqəddəs vətən torpağında yaşatmalıdırlarmı? Bu xain PKK-çıları müdafiə edənlər Azərbaycan vətəndaşı adını daşıma haqqına layiqdirlərmi? Cəsarəti olanlar cavab versin mənim bu sualıma..." Eks baş prokuror daha sonra statusunda PKK-ya yardım edən məmurlara xitabən yazır "Azərbaycan xalqına və Azərbaycan dövlətinə xəyanət edənlər bundan sonra bu xalqın səsini eşidəcəkdir. İndi ölümlə və həbslə heç kimi qorxutmaq mümkün deyil. Əgər vətənimiz əldən gedirsə bizim yaşamağa haqqımız varmı? İlk növbədə erməni işğalçılarına və PKK-çılara qarşı hamı birləşməlidir. Ya istiqlal, ya ölüm!"