Keçəl kirpinin masajı interneti “partlatdı” – VİDEO

 
İnternetdə masaj olunan keçəl kirpi ilə bağlı video populyarlıq qazanır.
 
Turaninfo.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, hadisə Böyük Britaniyadakı baytarlıq mərkəzində qeydə alınıb. Heyvana oxlarını qaytarmaq məqsədilə masaj edilib. 
 
“The Sun” nəşri tərəfindən dərc olunan videoda baytarların qeyri-adi xəstə ilə necə rəftar etdikləri görünür. Onlar kirpinin bədənini ehmalca masaj edirlər ki, orada yenidən oxlar çıxsın. Mütəxəssislər əmindirlər ki, bu prosedurlardan sonra onun yenidən oxları çıxacaq.
 
Kirpiyə Nelson adını veriblər. Çox güman ki, o, vəhşi təbiətdə keçirdiyi stress və zədədən sonra keçəl olub. Hazırda masaj hər hansı bir nəticə verməyib, ancaq bununla belə, baytarlar ümidlərini itirmirlər. Bundan öncə də onlar analoji simptomları olan kirpini xilas ediblər.
 
Mütəxəssislər əmindirlər ki, masajdan sonra oxların çıxması üçün aloe vera qatını tətbiq etmək lazımdır.