Kavaniyə 150 milyonluq əvəz

PSJ yayda Edinson Kavaninin klubdan mümkün gedişini nəzərə alıb hücum xəttini gücləndirmək üçün variantlar axtarmağa davam edir.
Turaninfo.az  "Telefoot"a istinadən xəbər verir ki, parislilər "Atletiko"nun forvardı Antuan Qrizmannı transfer etmək niyyətindədirlər. Daha əvvəl "hindular"ın fransalı futbolçuya yeni müqavilə təklif edəcəyi məlum olmuşdu. Antuan bu sözləşməni qəbul edəcəyi təqdirdə transfer bazarında qiyməti 80 milyon avrodan 150 milyona qədər artırılacaq.