Kavani "Yuventus"la anlaşdı

PSJ-nin hücumçusu Edinson Kavani yeni mövsümdən İtaliya A Seriyasında çıxış edəcək.
Turaninfo.az  "Tuttosport"a istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu "Yuventus"la anlaşıb.
Turin təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq Kavani ilinə 5,5 milyon avro qazanacaq. Bu transferin İtaliya klubuna 40 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, cari mövsüm Fransa Liqasında 27 oyun keçirən Kavani 14 qol vurub.