Kastro: “ABŞ sosializmi məhv etmək istəyir”

Kapitalizm Kubada bərpa edilməyəcək.
 Turaninfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Kuba lideri Raul Kastro Kommunist Partiyasının 7-ci qurultayında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Kuba xarici qüvvələrin ölkədə sosializmə son qoymasından xəbərdardır və buna qarşı öz tədbirlərini görüb:
 “ABŞ-la əlaqələrimizin güclənməsinə və Barak Obamanın səfərinə baxmayaraq, Vaşinqton hələ də Kuba inqilabına son qoymaq istəyir. Kuba sosializmin müdafiəsi üçün birpartiyalı sistemi qoruyacaq. Biz bu gün əvvəlki günlərdən daha diqqətli olmalıyıq”.

Загрузка...
Загрузка...