Kasıblara daha bir zərbə: Ətin qiyməti yenə qalxdı

 
Bakıdakı ət satışı mağazalarında qəssablar qiyməti qaldırıblar
 
Turaninfo.az  modern.az-a istinadən xəbər verir ki, mal və qoyun ətinin qiyməti satış yerindən asılı olaraq 50 qəpik artıb. Qəssablar ətin qiymətindəki artımı ölkəboyu yaşanan bahalaşma dalğası ilə əlaqələndiriblər.
 
Eyni zamanda bildiriblər ki, ətin bahalaşmasının bundan sonra da davam edəcəyi istisna deyil.
 
Hazırda Bakıda satış yerindən asılı olaraq mal əti 9 manat 50 qəpik-10 manata, qoyun əti isə 10-11 manata satılır.