“Kara Sevda”nın Nihanı 2500 qadın üçün Bakıya GƏLİR - AÇIQLAMA

“Kara Sevda” serialında Nihan rolu ilə Azərbaycanda sevilən türkiyəli aktrisa Neslihan Atagül Bakıya gələcək.
Publika.az-ın əldə etdiyi məlumata görə, onun gəliş səbəbi “Altın Kelebek Ödülleri” çərçivəsində siması olduğu şampun firmasının təşkil etdiyi gecədir.
Bu barədə məlumatı tədbirin mətbuat xidməti verib: “Elektra Evenets Hallda 3 noyabr gecəsi baş tutacaq tədbirdə 2500 qadının iştirakı gözlənilir. Tədbir əyləncə xarakteri daşıyır.
Partidə yalnız qadınlar iştirak edəcək. Onlardan isə xüsusi dress-kod tələb olunacaq. Belə ki, xanımlar tədbirə yalnız qızılı, ağ və qırmızı geyimlərdə gələ bilərlər”.
Onu da qeyd edək ki, gecəyə giriş yalnız xüsusi dəvətnamələrlədir.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...