​ “Kara Sevda” serialı haqqında inanılmaz xəbər - Türkiyədə BİR İLK

Baxış sayı: 
260
0  
0  

“Kara Sevda” serialı “Emmi” mükafatına layiq görülüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissorluğunu Hilal Saral, ssenarisini Burcu Görgün Topbaş və Özlem Yıldızın etdiyi serial beynəlxalq miqyasda tanınmağa davam edir. Baş rollarda Burak Özçivit, Neslihan Atagül və Kaan Urgancıoğlunun rol aldığı serial "Ən yaxşı serial” kateqoriyasında finala qalan dörd televiziya layihəsindən biri olub. “Emmi” mükafatlarının təqdimolunma mərasimi noyabrın 20-də Nyu-Yorkda keçiriləcək.
Beləliklə də “Kara Sevda” yeganə türk layihəsidir ki, “Emmi” mükafatlarına layiq görülən namizədlər arasında yer alıb.
Beynəlxalq Televiziya Sənətləri və Elmləri Akademiyasının Prezidenti və İcraçı Direktoru L.Paisner bildirib ki, hər il dünya miqyaslı televiziya layihələri bu mükafat uğrunda mübarizə aparır.
Aytən

Загрузка...
Загрузка...