Kanadada naməlum şəxs lotereyada 40 mln dollar udub

Kanadanın Kvebek bölgəsində  naməlum şəxs populyar milli “Lotto Max” lotereyasında 50 mln Kanada dolları (38,7 mln ABŞ dolları)  udub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir.
Uduşlu bilet təqdim edildikdən sonra onun sahibinin kimliyi məlum olacaq.
Hər biri 1 mln Kanada dolları (770 min ABŞ dolları) olmaqla daha iki bilet uduşlu olub.
Əhali arasında populyar olan  “Lotto Max” lotereyası Kanadada 2009-cu ildən oynanılır. Uduşu əldə etmək üçün 1-dən 49-dək yeddi əsas rəqəmi doğru qeyd etmək gərəkdir. Bundan başqa, 6-7 ikincidərəcəli mükafatlar da oynanılır.
2015-ci ilin oktyabrında “Lotto Max” lotereyasında 64 mln Kanada dolları ($49,5 mln), dekabrın sonunda isə 60 mln  dollar  ($46,2 mln) udulb.