Kainatın sirrini açdım, ancaq Trampı... - Məşhur fizik

Kainatın sirrini açdım, lakin Donald Trampın davranışlarını öyrənə bilmədim.
 Axar.az xəbər verir ki, bu sözləri məşhur ingilis fiziki Stefen Hokinq deyib.
 “Kainatda baş verən prosesləri dərk etməyi bacardım. Ancaq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın populist çıxışlarını anlaya bilmədim”, - Hokinq bildirib.
 Qeyd edək ki, fizik iyunun 23-də İngiltərədə Avropa Birliyinə üzvlüklə bağlı keçiriləcək referendumda ölkəsinin ittifaqın tərkibində qalmasının tərəfdarı olduğunu bildirib.