Kadırovun oğlundan müəlliminə 10 milyonluq hədiyyə - FOTO

 
Çeçenistan prezidenti Ramzan Kadırovun oğulları Əhməd, Əli və Adəm güləş üzrə məşqçiləri Abdulkərim Ədilova 10 milyon rubl (150 min USD) dəyərində "Porsche Panamera" avtomobili hədiyyə ediblər.
 
Turaninfo.az  lenta.ru-ya istinadən xəbər verir ki, Ədilov bununla bağlı fotonu İnstagram hesabında paylaşıb:
 
"Şükürlər olsun ki, Allah mənə Əhməd, Əli və Adəm kimi qardaşlar qismət edib. Biz uzun müddətdir ki, birlikdə məşq edirik. Onlar mənim doğum günümə çox dəyərli hədiyyə veriblər".