Kadırov "Teleqram"ın ümidinə qaldı: hesabları bloklandı

Baxış sayı: 
176

Çeçenistan lideri Ramzan Kadırovun İnstaqram və Feysbuk hesabı bloklanıb.
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı Kadırov Teleqram hesabında yazıb. O, ABŞ-ın Maliyyə Nazirliyinin sanksiya qərarı ilə bağlı paylaşdığı statusdan sonra İnstaqram və Feysbuk profilinin bağlandığını bildirib:
 
“Sosial media hesablarım rəsmi olduğu üçün onlar təhlükəsizliyimi təmin etməli idi. İnstaqramdan hesabımın geri qaytarılması üçün yardım istədik, amma cavab ala bilmədik. Mənim əsəbləşməyimi gözlədilər. Bu günə qədər ABŞ-dan asılı olmadığını deyən İnstaqramın o statusdan sonra hesabımı bağlaması qəribədir”.
 
Çeçenistan rəsmiləri də Kandırovu dayandırmaq üçün ABŞ-ın atdığı bu addımın cavabsız qalmayacağını bildiriblər.
 
Qeyd edək ki, bir müddət öncə ABŞ Çeçenistan lideri Ramzan Kadırov da daxil olmaqla, 5 rus vətəndaşının Maqnitski aktına daxil olduğunu açıqlamışdı.
 
Maqnitski aktı ABŞ-da 2012-ci ilin dekabrından tətbiq edilir. Bu akt insan haqlarını pozan rusiyalılara qarşı sanksiyaların tətbiq edilməsini özündə ehtiva edir.

Загрузка...
Загрузка...