Jolie ilə Pitt boşanır? - Dayə qalmaqalı

Angelina Jolie ilə Brad Pitt arasında soyuq küləklər əsir.
“Qafqazinfo” “Radar onlayn”a istinadən xəbər verir ki, altı uşağı üçün çoxlu sayda dayə tutan Jolie, artıq bundan narahat olmağa başlayıb.
Hollivud ulduzu bir dayənin 51 yaşlı Pittin ətrafında gəzməsinə, hovuzda çimərkən ona baxmasına əsəbiləşib.
İplərin qopduğu nöqtə isə Pittin duşdan sonra üzərində dəsmal varkən mətbəxə girməsi olub.
Bunun ardından dayə də mətbəxə gedib. Jolie bu səhnəni gördükdən sonra dayəni işdən qovub