Jirinovskidən Trampa görə 1500 dollarlıq qonaqlıq (VİDEO)

 
Rusiyada qalmaqallı açıqlamaları ilə məşhur olan Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ABŞ-da prezident seçkisində Donald Trump-ın qələbəsini qonaqlıqla qeyd edib.
 
BAKU.WS xəbər verir ki, Jirinovski noyabrın 9-da parlamentdə həmkarları və jurnalistlərə ayaqüstü qonaqlıq verib, sağlıq deyib.
 
“ABŞ-ın daxili və xarici siyasətinin, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması şərəfinə”, – Jirinovski badə qaldırıb.
 
Rusiyalı siyasətçi ümid edir ki, ABŞ beynəlxalq məsələlərə bundan sonra az müdaxilə edəcək.
 
Siyasətçinin sözlərinə görə, qonaqlıq ona təxminən 1500 dollara başa gəlib.