Jirinovskidən Ərdoğana xoş sözlər

 
ABŞ və Fətullah Gülən Türkiyənin düşmənidir.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında deyib.
 
Jirinovski Gülənin ABŞ-da gizlənən və vətənini satan bir xain olduğunu bildirib:
 
“ABŞ Güləni sadəcə dolandırmır, eyni zamanda ona maddi dəstək verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətənini sevən, ölkəsinin inkişafını istəyən bir şəxsdir. Mən qanuni seçkilər yolu ilə seçilmiş Ərdoğan hökumətinin liderlik etdiyi Türkiyəni dəstəkləyirəm. Həmçinin Ərdoğanın Rusiya lideri Vladimir Putinlə baş tutacaq görüşünə də müsbət yanaşıram”.