Jirinovskidən qalmaqallı açıqlama: “Qoy, ölsünlər” (VİDEO)

Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə qalmaqallı çıxışı ilə yadda qalıb.
"Rossiya" telekanalında yayımlanan verilişə qonaq olan Jirinovski ötən gün Brüsseldə törədilən terror aktlarının Rusiya üçün əlverişli olduğunu deyib.
"İndi terror aktları bütün Avropa boyu baş verir. Qoy olsun bizə sərf edir. Qoy, ölsünlər!" -deyə Jirinovski skandal yaradan çıxışı ilə gündəmə gəlib.
Onun fikirləri kəskin etirazlara səbəb olub. (azvision.az)