Jirinovskidən gündəmi dəyişdirəcək PROQNOZ: 6 il sonra...

Baxış sayı: 
118

Martın 18-də keçirilən prezident seçkiləri Rusiyada son ola bilər.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu prezidentliyə namizədlərdən olan Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.
Partiya sədri prezident seçkilərinin ləğvini proqnozlaşdırıb.
Növbəti seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə, Jirinovski belə cavab verib: “Altı il sonra başqa seçkilər olacaq, şərait yüz fazi dəyişəcək”.
Qeyd edək ki, seçki bülletenlərinin 99,81 faizinin sayılmasından sonra Jirinovskinin 5,67 faiz səs topladığı məlum olub. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, hazırkı dövlət başçısı Vladimir Putin rekord göstərici əldə edərək 76,67 faiz səs toplayıb. Seçicilərin 11,79 faizi Rusiya Kommunist Partiyasının namizədi Pavel Qrudinə səs verib.
Teleaparıcı Kseniya Sobçak 1,67, “Yabloko” Partiyasının lideri Qriqori Yavlinski 1,04, Boris Titov 0,76, Maksim Suraykin 0,68, Sergey Baburin isə 0,65 faiz səs toplayıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...