Jirinovski Züqanovu azərbaycanlılaşdırdı

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasının plenar iclasında Kommunist Partiyasının lideri Gennadi Züqanovun soyadını Azərbaycan variantında səsləndirərək onu Züqanov-zadə adlandırıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Jirinovski çıxışında həmçinin Rusiyanı heç bir inqilabı dəstəkləməməyə, torpaqlarını dünyaya paylamamağa çağırıb: "Tezliklə bizi rus soyadlarımızı dəyişdirməyə məcbur edəcəklər.
Kolomeytsev, siz Kolomey-ağa olacaqsınız. Züqanov Züqanov-zadə olacaq. Sizi məcbur edəcəklər və siz beynəlmiləlçiliyə görə buna gedəcəksiniz, təki "xalqlar dostluğu" yaşasın" – , deyə Jirinovski bildirib.