Jirinovski: "Türkiyə ilə aramızı onlar vurdu" - Video

Azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyada erməni yalanlarını üzə çıxarıb.
 ANS-in məlumatına görə, qalmaqal "Rossiya-1” telekanalında yayımlanan "Voskresnıy veçer” verilişində baş verib. Proqramda Yevgeni Satanovski, Vladimir Jirinovski, Semyon Baqdasarov kimi tanınmışlar da iştirak ediblər.
 Aparıcı Vladimir Solovyov verilişə dəvət etdiyi qonaqlarla qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin Almaniya Bundestaqı tərəfindən qəbul edilməsini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini müzakirəyə çıxarıb.
 Fuad Abbasov ermənilərin Xocalıda törətdikləri qırğından bəhs edib. Lakin aparıcı onun sözlərini kəsərək danışmasına imkan verməyib.
 O, baş verən hadisələrin ABŞ-ın maraqlarına uyğun olduğunu, Ərdoğanın heç bir şantaj xarakterli çıxış etmədiyini deyib. Jurnalist Ərdoğanın geosiyasətini şantaj adlandırmağın doğru olmadığını qeyd edib.
 Vladimir Jirinovski Su-24 təxribatının qəsdən edildiyini deyib. Onun sözlərinə görə, məqsəd mükəmməl əlaqələri olan Rusiya ilə Türkiyənin münasibətlərini korlamaq olub: "Amerika bizim daha da yaxınlaşacağımızdan qorxub".