Jirinovski Moskva bazarında corab satdı - VİDEO

 
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskva bazarlarından birində partiyanın suvenirlərini satıb.
Turaninfo.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi suvenirləri, həmçinin kostyumlar, futbolkalar, corablar, “Jirinovski” ətirləri və dəri çəkmələri satışa çıxarıb.
Partiya liderinin gəliri təxminən 3 min rubl (təxminən 35 dollar) təşkil edib.
“Hər şey yüksək keyfiyyətlidir. 200-300 rubla kostyumlar var. Yaxşı kostyumlardı”, - Jirinovski alıcıları təşviq edib.
O həmçinin bildirib ki, İstanbuldakı şərq bazarı kimi Rusiya paytaxtında da daim fəaliyyət göstərən bazarlar olmalıdır.

Загрузка...
Загрузка...