​Jak Şirak xəstəxanaya yerləşdirildi

 
Fransanın eks-prezidenti, 83 yaşlı Jak Şirak yüngül infeksiya ilə hospitala yerləşdirilib.
 
Teleqraf.com-un xəbərinə görə, bu barədə Frans Press siyasətçinin yaxınlarına istinadən xəbər yayıb.
 
Sala-Barunun sözlərinə görə, Şirak Parisin Pitye-Salpetrier xəstəxanasına yerləşdirilib. Yaxın bir neçə gündə o, xəstəxanada olacaq.
 
Şirak ailəsi ilə birgə Mərakeşdən qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.
 
O, Fransanın 22-ci prezidenti olub və 1995-2007-ci illərdə ölkəni idarə edib.