“İzn verin, Bərzaninin qulağından tutub Türkiyəyə gətirək...” - VİDEO

Baxış sayı: 
293
0  
0  

Məlum olur ki, Türkiyə xüsusi xidmət orqanları iki dəfə Məsud Bərzaninin həyatını sui-qəsddən xilas edib...
 
 
Moderator.az dünyaca məşhur “Kurtlar vadisi” serialının 14 il öncənin olaylarına aid ilk bölümlərində  “Kürdüstan” məsələsi, konkret olaraq super güclərin bölgədəki oyuncaq “kürd liderləri” Məsud Bərzani və Cəlal Tələbani vasitəsi ilə oynadıqları oyunlarn mahiyyətini açan epizodları nəzərinizə çatdırmaqda davam edir. 
 
Ötən dəfə hələ 1970-ci illərdə Məsud Bərzaninin  atası Molla Mustafa Bərzaninin ABŞ tərəfindən kullanıldıqdan sonra İrana qaçmağa məcbur olduğu, daha sonra isə sürgündə ölməsindən bəhs edilirdi.
 
Bu dəfəki epizodda “KQT” başkanı Aslan Akbey Türkiyənin digər bir xüsusi xidmət orqanının nümayəndəsi ilə görüşündə Türkiyə rəhbərliyini zamanında Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə “Kürdüstan” dövləti qurulması işləri getməsi haqda xəbərdar etməkləri barədə danışır.
 
Məlum olur ki, o zaman Bərzani hansısa səbəbdən Türkiyəyə lazım olduğu üçün “KQT” iki dəfə onun həyatına qarşı sui-qəsdin qarşısını alıb. “KQT” başkanıhazırkı(2003-cü ildən söhbət gedir) durumda isə çıxış yolu olaraq ya I Cahan savaşında olduğu kimi, Şimali İraqda yüzlərlə neft quyusunu patlatmağı təklif edir, yaxud dövlətin “Bərzani və Tələbanini qulaqlarından tutub Türkiyəyə gətirmək” üçün icazə verməsini istəyir....
 
Sultan Laçın

Загрузка...
Загрузка...