İxtisarlar, saxta kampaniyalar, vergidən yayınmalar - “Neptun”da nə baş verir?

 
 
 
2003-cü ildə Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış “Neptun” supermarketlər şəbəkəsi deyəsən, bazardakı rəqabətə tab gətirə bilmir. 
 
Artıq şəbəkənin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindəki (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi)  supermarketi bağlanıb.
 
Qeyd edək ki, bu ünvan yaxınlığında tanınmış “Bazarstore” və “Araz” supermarketləri, həmçinin kifayət qədər alıcıları olan “Gloriya” və “Nərmin” market fəaliyyət göstərir.
 
Son vaxtlar “Neptun”un Bakıxanov şöbəsi alıcı qıtlığı yaşayırdı. Beləliklə, Bakıxanov filialının bağlanması ilə “Neptun” supermarketlərinin sayı 12-dən 11-ə düşüb.
 
“Neptun”un iflas səbəbi vergidən yayınmadır
 
Məlumat üçün qeyd edək ki, cari ilin aprel ayında Vergilər Nazirliyi “Neptun” marketlər şəbəkələrində yoxlamalara həyata keçirdi. “Report”un əməkdaşlarının “Neptun” marketlər şəbəkəsinin Nəcəfqulu Rəfiyev küç.,25A ünvanında yerləşən “Neptun Xətai” ("Xətai" m/st. yaxınlığında) və Rəsul Rza küçəsi,29/42 ("H.Aslanov" m/st. yaxınlığında) ünvanında yerləşən “Neptun Həzi Aslanov” marketlərində apardığı müşahidələr həmin vaxt faktı təsdiq edib.
 
“Neptun Xətai”də yoxlamalara mülki geyimli 4 vergi əməkdaşı cəlb edilib. Onlardan ikisi kassa əməliyyatlarını yoxlayır, digər ikisi isə market daxilində müşahidələr aparırlar.
 
“Neptun Həzi Aslanov”da da səhər saatlarında müştərilər vergi işçilərinin kassa aparatlarında yoxlama apardıqlarını müşahidə ediblər. Vergilər Nazirliyindən məsələ ilə bağlı şərh verilməyib.
 
“Neptun”da saxta kampaniyalar edir
 
Redaksiyamlıza daxil olan məlumata görə, vətəndaşlar “Neptun” supermarketlər şəbəkəsinin həyata keçirdiyi aksiyalardan ciddi şəkildə narazıdırlar. Sosial şəbəkələrdə yayılan məlumatda qeyd olunur ki, sosial aksiyalar ya reklamda qeyd olunduğu kimi keçirilmir, ya da endirimə salınan malların keyfiyyəti aşağı olur.
 
Növbəti yazımız isə “Neptun”nun da daxil olduğu SOLİTON şirkətlər qrupunda baş verən özbaşınalıqlaerla bağlı olacaq.
 
Mövzunu diqqətdə saxlayacağıq

Загрузка...
Загрузка...