“İxrac imkanının yaxşılaşdırılması ilə bağlı islahatların davam etdirilməsinə ehtiyac var”

Baxış sayı: 
122

Vüqar Bayramov: “Sahibkarlıq mühitirinin daha da yaxşılaşdırılması da diqqətdə saxlanılmalıdır”
 
 
2017-ci il başa çatmaq üzrədir. Maraqlıdır, Azərbaycan cari ildə iqtisadi islahatlar müstəvisində lazımi məsafə qət edə bildimi?
 
Moderator.az -a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov 2017-ci ilin özündən əvvəlki illərlə müqayisədə daha stabil olduğunu vurğuladı:
 
“2017-ci il 2015 və 2016-cı illərlə müqayisədə daha stabil il kimi qiymətləndirilir. 2017-ci ilin fevral ayından etibarən manatın stabilliyini qoruyub saxlamaq mümkün oldu. Əvvəlki illərdə manatın məzənnəsinin azalması səbəbi ilə biz istehlak bazarında daha çox qiymət artımı müşahidə edirdiksə, bu il bu baxımdan stabil oldu. İstehlak bazarında qiymət artımı da əvvəlki illərlə müqayisədə az oldu. Manatın məzənnəsinin stabil olması fonunda qiymətlərin artması, xüsusilə də bir sıra ərzaq məhsullarının, eləcə də kərə yağının qiymətinin artması arzuedilən deyil. Ümumiyyətlə, qiymət artımı heç bir halda sosial baxımdan arzuedilən deyil.
 
Diqqət çəkən məqamlardan biri də Strateji Yol Xəritəsinin monitorinqinin aparılması ilə bağlı oldu. 2016-cı ilin dekabrında Strateji Yol Xəritəsinin qəbul edilməsi 2017 və sonrakı illərdə islahatların istiqamətini müəyyənləşdirən bir proqram oldu. Strateji Yol Xəritəsində nəzərdə tutulan planlara əməl edilməsi islahatlara əməl edilməsi kimi də qiymətləndirilə bilər.
 
Bununla yanaşı hesab edirəm ki, ixrac imkanını və sahibkarlarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı islahatların davam etdirilməsinə ehtiyac var”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...