​“İvanovka”, “Azərsüd”, “Milla”...ağartı məhsulları da bahalaşdı - Təcili

 
 
Ölkədə ərzaq məhsullarının qiyməti durmadan bahalaşır. Alıcılar hər gün mağazalarda yeni tariflə qarşılaşırlar. İnsanların qazandığı bir qəpik pul da ikiqat qiyməti qalxan ərzağa sərf olunur.
 
Politika.Az-a verilən qiymətə görə, ağartı məhsullarının qiymətində də artım qeydə alınıb. Dükanlarda süd, qatıq, şor, qaymaq, xama və s. ağartı məhsullarının qiyməti dəyişib.
 
İndi bu məhsulları 15-20 qəpik bahasına, bəzilərini isə 45-50 qəpik artımla almaq mümkündür. Alıcıların cibinə növbəti zərbə olan bu bahalaşmanın qarşısı alınmır.
 
Əksinə, sakit və panikası bir şəkildə bazarlarda qiymət artımı davam edir. İlk devalvasiyanın panikası hökumətə ciddi şəkildə təcrübə qazandırdı.
 
O zaman ticarət mərkəzləri, marketlər bağlandı, vitrinlər söküldü, tariflər yeniləndi və əhali sanki müharibəyə hazırlaşırdı. Bu panik vəziyyət isə sosial gərginlik yaradırdı.
 
Amma indi səssiz-səmirsiz bütün məhsullarda bahalaşma var. Eləcə də ağartı məhsullarının qiyməti qalxıb. Satıcılar bunu fermerlərin və kəndlilərin daşınma, yanacaq və s. xərclərinin artması ilə izah edirlər.
 
Politika.Az-a verilən qiymətə görə, hazırda “İvanovka”, “Azərsüd”, “Milla”, “Atena” kimi məhsulların qiyməti dəyişib.
 
Bundan sonra bəzi deputatların qiymət artımı barədə bütün təkliflərinə xalq açıq olmalıdır və haqq qazandırmalıdır.
 
Millət vəkilləri kommunal bahalaşmanın büdcəyə fayda verəcəyini əsas gətirirsə, qatıq, südün qiymətinin qalxması da büdcəni doldura bilər.
 
Düzdür, aztəminatlı ailələrin və kasıbların gündəlik tələbatı olan bu məhsulların qiymətinin qalxması Azərbaycanın iqtisadi cəhətdən dərin bur uçuruma getdiyini xəbər verir. Amma eybi yox, kasıbların sayı azalır, büdcə dirçəlir.
 
Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır. Bu da büdcəyə və ölkənin iqtisadi inkişafına təkan verir.

Загрузка...
Загрузка...